ADNSU-nun fotoqrafı Elşad Mirzə iyulun 11-də Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC), GİN-in “İdman” qəzetinin informasiya dəstəyi və “Azəridmanservis” MMC-nin dəstəyi ilə keçirilmiş “IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərginin qaliblərindən biri seçilib.
Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və digərlərinin iştirak etdiyi tədbirdə IV İslam Həmrəyliyi Oyunlarının işıqlandırılmasında yüksək fəallıq nümayiş etdirən fotomüxbirlər mükafatlandırılıb. Təltif olunan ən yaxşı fotoşəkillərin müəllifləri arasında yer alan ADNSU-nun fotoqrafı Elşad Mirzə diplomla təltif olunub.
“IV İslam Həmrəyliyi Oyunları Azərbaycan fotoqraflarının gözü ilə” adlı fotosərgidə 52 müəllifin 200-ə yaxın fotosu nümayiş etdirilib.