×

Xəbərlər

Xəbərlər 13 Jul 2017
Rusiyanın Lomonosov adına Şimal Federal Universiteti ADNSU ilə əməkdaşlıqda maraqlıdır

İyulun 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Arxangelsk Vilayətinin Azərbaycan Diasporunun rəhbəri Tərlan Qasımovla görüşüb.

Görüşdə Lomonosov adına Şimal Federal Universitetinin əməkdaşlığa dair təklif məktubu müzakirə olunub. Yeni yaranan universitet ilə ADNSU arasında əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğu görüşdə neft və qaz sahəsi üzrə birgə kadr hazırlığı, tələbə və müəllim mübadiləsi, birgə treninqlərin təşkili və digər mövzularda fikir mübadiləsi aparılıb.

ADNSU-nun rektoru professor Mustafa Babanlı əməkdaşlıq təklifini yüksək dəyərləndirib və bu sahədə işlərin görülməsinin vacib olduğunu deyib. Görüşün sonunda qonaqlar rektor, professor M.Babanlıya xatirə hədiyyəsi təqdim edib.


Paylaş