×

Xəbərlər

Xəbərlər 19 Jul 2017
ADNSU-nun rektoru Fransada yay məktəbindən qayıdan UFAZ tələbələri ilə görüşüb

İyulun 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbindən qayıdan Fransa-Azərbaycan Universitetinin (UFAZ) tələbələri ilə görüşüb. Görüşdə UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov, Strasburqdan qayıdan nümayəndə heyəti və tələbələr iştirak edib.

UFAZ-ın icraçı direktoru Vazeh Əsgərov Strasburq Universitetində tələbələrin gördükləri işlər, iştirak etdikləri görüşlər və tədbirlərlə bağlı hesabatla çıxış edib. Sonra UFAZ-ın nümayəndə heyətinin 2 həftə ərzində Strasburq Universitetindəki görüşlərini və fəaliyyətini əks etdirən foto təqdimat nümayiş olunub. 

ADNSU-nun rektoru, prof. Mustafa Babanlı Fransanın Strasburq Universitetində təşkil olunmuş yay məktəbində tələbələrin 2 həftə ərzində qazandıqları təəsüratlarla maraqlanıb. Tələbələr gördükləri tədris prosesi və əldə etdikləri biliklər barədə fikirlərini bölüşüb, məlumat veriblər. Rektor, prof. M.Babanlı UFAZ-ın seçilmiş tələbələrinin Azərbaycanı layiqincə təmsil etdiyiklərinə görə məmnun olduğunu qeyd edib.

Sonda rektor prof. M.Babanlı tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, UFAZ-ın 40 nəfər tələbəsi iyulun 2-dən 16-dək Fransanın Strasburq Universitetində təşkil olunan yay məktəbində iştirak ediblər.


Paylaş