×

Xəbərlər

Xəbərlər 04 Aug 2017
“ADNSU Yay məktəbi 2017” davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Beynəlxalq əməkdaşlıq şöbəsinin və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) təşkilatçılığı ilə təşkil olunan “ADNSU Yay məktəbi 2017” davam edir. İyulun 31-dən start götürən yay məktəbində Almaniya, Türkiyə, Peru, İtaliya və Azərbaycandan olan 21 nəfər tələbə yerli mütəxəssislər tərəfindən “Post-neft dövrünün iqtisadiyyatı” mövzusunda mühazirələrdə iştirak edir və eyni mövzuda çıxışlar edirlər.

Yay məktəbi ərzində akademik hissədən başqa iştirakçılar üçün mədəni tədbirlər də nəzərdə tutulub. Artıq bir neçə gündür ki, start götürən yay məktəbində iştirakçılar artıq Səngəçal terminalı, Xalça muzeyi və İçərişəhəri ziyarət ediblər.

ADNSU-nun Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Cəmilə İsmayılzadə bildirib ki, tələbələr “ADNSU Yay məktəbi 2017”də böyük həvəslə iştirak edirlər. Onlar Azərbaycanın tarixi, mədəniyyəti ilə yaxından maraqlanır, ölkəmiz haqqında daha çox informasiya əldə etməyə çalışırlar. Mədəni tədbirlər çərçivəsində iştirakçılar həftəsonu Şəki şəhərinə səfər edəcəklər.

Qeyd edək ki, “ADNSU Yay məktəbi 2017” 31 iyul-11 avqust tarixlərində Şüvəlan qəsəbəsində A.S.Makarenko adına Humanitar Fənnlər Gimnaziyasında keçirilir. Yay məktəbinin maliyyə xərcləri DAAD tərəfindən qarşılanıb.


Paylaş