×

Xəbərlər

Xəbərlər 12 Sep 2017
ADNSU ilə Qars Qafqaz Universiteti arasında əməkdaşlıq haqqında protokol imzalanıb

Sentyabrın 12-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, professor Mustafa Babanlı Qars Qafqaz Universitetinin “Qafqaz və Orta Asiya Araşdırma Mərkəzi”nin müdiri Hacəli Nəcəfoğlu ilə görüşüb.

Görüşdə beynəlxalq əməkdaşlıq, universitet və müxtəlif müəssisələrlə əlaqələrin inkişaf etdirilməsi, startap layihələri, Mövlanə mübadilə proqramı və digər məsələlər müzakirə edilib.

ADNSU-nun rektoru, professor M.Babanlı yeni qurulan laboratoriayalar, universitetin son illərdə nail olduğu uğurlar, kadr hazırlığı, Fransa-Azərbaycan Universiteti (UFAZ) və universitetin qouşlduğu mübadilə proqramları haqqında məlumat verib.

Təmsil etdiyi universitet haqqında məlumat verən Qars Qafqaz Universitetinin “Qafqaz və Orta Asiya Araşdırma Mərkəzi”nin müdiri H.Nəcəfoğlu tələbə mübadiləsi və digər sahələrdə əməkdaşlığın inkişafının zəruri olduğunu qeyd edib.   

Görüşdə əməkdaşlıq və Mövlanə mübadilə proqramı barədə protokol imzalanıb.


Paylaş