Oktyabrın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Turan Drilling & Engineering şirkəti tərəfindən “First day offshore” mövzusunda seminar keçirilib.
Seminarda Turan Drilling & Engineering şirkətinin Buruq komandası üzrə təlimçisi Barrie Wainwright,Təlim və İnkişaf üzrə Administrator Leyla Qocayeva, həmçinin ADNSU-nun əməkdaşları və tələbələri iştirak ediblər. Turan Drilling & Engineering şirkətinin Buruq komandası üzrə təlimçisi Barrie Wainwright “First day offshore” mövzusunda təqdimatla çıxış edib. Dənizdə neft platformasında ilk gündə yerləşmə, qidalanma, daxili təlimat qaydaları, iş mühiti və eləcə də təhlükəsizlik qaydaları haqqında geniş məruzə edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.