×

Xəbərlər

Xəbərlər 27 Oct 2023
“Auditoriyadan istehsalata” layihəsi çərçivəsidə mühazirə dərsi canlı bağlantı ilə müəssisə ilə birlikdə keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrası”nda "Auditoriyadan istehsalata" adlı praktik layihə çərçivəsində ilk dəfə olaraq mühazirə zamanı universitet ilə müəssisə arasında canlı körpü yaradılıb. “İaşə məhsullarının texnologiyası” fənninin tədrisi zamanı müəllim Könül Baloğlanova Üzümçülük və Şərabçılıq ET İnstitutunun mütəxəssisləri ilə birlikdə mühazirə dərsini keçiblər. Tələbələr dərs zamanı nəzəri olaraq öyrəndiklərini və faktiki eşitdiklərini canlı bağlantı vasitəsi ilə müşahidə ediblər. 


Paylaş