×

Xəbərlər

Xəbərlər 27 Oct 2023
Azİİ e-Kitab Evi “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş sərgidə iştirak edib

25-27 oktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evi Azərbaycan Diplomatik Akademiyasında (ADA) keçirilən “Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi”nə həsr olunmuş sərgidə iştirak edib. Sərgidə Azİİ e-Kitab Evinin fondunda olan Ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablar, eləcə də ADNSU-nun professor-müəllim heyətinin strateji dərslik və monoqrafiyaları, digər ixtisaslara uygun materiallar, fondda saxlanılan nadir və unikal kitablar, əlyazmalar, miniatür kitablar və jurnallar daxil olmaqla 80-dən çox kitab sərgilənib. Sərgidə aktiv iştiraka görə Azİİ e-Kitab Evininin əməkdaşlarına  sertifikat verilib.

 Azİİ e-Kitab Evinin stendi və resursları sərgidə iştirak edən ziyatətçilər tərəfindən maraqla qarşılanıb.

 

 


Paylaş