×

Xəbərlər

Xəbərlər 30 Oct 2023
ADNSU-da kibertəhlükəsizlik mövzusunda seminar keçirilib

Oktyabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  İT Brains Academy tərəfindən “İnformasiya texnologiyalarında yaranan trendlər və kibertəhlükəsizlik” mövzusunda seminar keçirilib.

İnformasiya texnologiyaları və İdarərtmə fakültəsinin (İTİF) tələbələrinin iştirak etdiyi seminarda  İT Brains Academy-nin rəqəmsal marketinq üzrə mütəxəssisi Aytac Nəsibova iştirakçılara seminar haqqında ümumi məlumat verib.

Sonra İT Brains Academy-nin təsisçisi Orxan Məmmədov  “İT nədir və istiqamətləri”, Devops mühəndis Zamiq Əliyev “informasiya texnologiyalarında yaranan yeni trendlər” və  Akademiyanın təlimçisi Azər Məlikov “Kibertəhlükəsizlik mövzusunda təqdimatla çıxış ediblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Paylaş