Noyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələrinə UFAZ-ın dəvətli professorları - Cecilia Zenni-Merk və İgor Peretta seminar keçiblər.
Ayrı-ayrı audtoriyalarda və fərqli mövzularda keçirilən seminarda Cecilia Zenni-Merk “Süni intellekt üzrə tədqiqat" mövzusunda geniş muhazirə oxuyub, bu istiqamətdə olan müasir və yeni yanaşmaları tələbələrlə bölüşüb, onların suallarını cavablandırıb.
İgor Peretta isə “Neyrokomputinqin əsasları: Süni neyron şəbəkələrinin tədqiqi” mövzusunda İTİF-in III və IV kurs tələbələrinə seminar keçib. Kompüterlərdə neyronları necə təqlid etməyi, süni neyron şəbəkələri üçün əsasları və cəmiyyətin Süni intellektə baxışını formalaşdıran maşın öyrənmə tətbiqlərini araşdıran mütəxəssis bu sahədə öz təcrübəsini tələblərlə bölüşüb.