Noyabrın 14-də “Clarivate Analytics” şirkətinin nümayəndələri Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərovla görüşüblər. Görüşdə “Clarivate Analytics” şirkətinin strateji həllər üzrə baş məsləhətçisi Valentin Boqorov və həllər üzrə məsləhətçi İneş Kenjina, həmçinin ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova, UFAZ-ın direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, UFAZ-ın baş katibi Elizaveta Budanova iştirak ediblər.
Görüşdə “Web of Science” elmi metrik bazasından istifadənin səmərəli təşkili, effektiv məlumat axtarışı, Elmi jurnallarla iş, “Web of Science” bazasında müəllif və müəssisə profili kimi mövzular ətrafında geniş müzakirələr aparılıb. ADNSU-nun elmi fəaliyyəti “Clarivate Analytics” şirkətinin nümayəndələri tərəfindən yüksək qiymətləndirilib. Dosent Vazeh Əskərov müzakirənin nəticələrinin ADNSU-nun inkişafına təsiri olacağını və şirkətlə əməkdaşlıqdan məmnun olduğunu qeyd edib.