×

Xəbərlər

Xəbərlər 15 Nov 2023
ADNSU-da “Azad Mirzəcanzadə inkişaf proqramı”nın təqdimatı keçirilib

Noyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Regional İnkişaf” İctimai Birliyi (RİİB) tərəfindən icra edilən “Azad Mirzəcanzadə inkişaf proqramı” çərçivəsində məlumatlandırıcı tədbir keçirilib.
ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev tədbir iştirakçılarını salamlayaraq ölkədə gənclərin ictimai fəallığının artırılması və onlara yaradılan geniş imkanlardan danışıb.  
Sonra layihə komandasının təmsilçiləri proqramın məqsədi, icra mərhələləri, qeydiyyat prosesi haqda məlumat veriblər. Bildirilib ki, proqrama təqdim edilən layihə təklifləri aktuallığı, reallığı, innovativ və yenilikçi olması əsasında seçiləcək. 2-ci mərhələdə iştirakçılara layihələrin hazırlanması və təqdimatı istiqamətində peşəkar dəstək veriləcək, həmçinin onların liderlik bacarıqlarının inkişafı üçün müxtəlif fəaliyyətlər təşkil olunacaq. Sonda qalib olan layihələrin icrası üçün maliyyə vəsaiti ayrılacaq.
Tədbir tələbələrin suallarının cavablandırılması ilə davam edib.
Qeyd edək ki, “Azad Mirzəcanzadə inkişaf proqramı” yeni imkanları dəyərləndirməyi, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, dayanıqlı gələcəyə töhfə verməyə çalışan, çevik, innovativ yanaşmalara sahib gənclərin üzə çıxarılması və onların inkişafına dəstək verilməsi məqsədi daşıyır. Proqrama qoşulmaq istəyən 18-35 yaşarası hər bir Azərbaycan vətəndaşı https://bitly.ws/VVKj  link vasitəsilə qeydiyyatdan keçə bilər.


Paylaş