Noyabrın 17-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Procter & Gamble (P&G) Azərbaycan şirkəti tərəfindən “Yay təcrübə proqramı”nın (2024) təqdimatı keçirilib.
Təqdimatda P&G şirkətinin satış direktoru Fərid Əlizadə, şirkətin digər nümayəndələri Sevda Hacıyeva, İbrahim İbrahimli həmçinin tələbələr iştirak ediblər.
P&G şirkətinin nümayəndələri gənclər üçün yaradılan təcrübə proqramları və iş imkanları, həmçinin “Yay təcrübə proqramı” haqqında məlumat veriblər. Şirkət tərəfindən “Yay təcrübə proqramı”nın məqsədi, müraciət qaydaları, tələblər və proqram çərçivəsində digər təkliflər barədə ətraflı məlumat verilib. Sonra Aytən Babayeva proqramda iştirakı haqqında təqdimatla çıxış edərək öz təcrübəsini bölüşüb.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.