Noyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov tələbələrlə görüşüb.
ADNSU-nun fəal tələbələri ilə çay süfrəsi arxasında səmimi söhbət formatında keçirilən görüşdə universitetdə təhsil və tədrisin vəziyyəti, təhsillə bağlı yeniliklər və perspektiv layihələr, icra olunacaq proqramlar, konkret hədəflər və digər bu kimi məsələlərlə bağlı fikir mübadiləsi aprılıb.
Görülən işlər və təhsilin inkişafında əldə olunan uğurlardan danışan dosent Vazeh Əskərov tələbələrə bildirib ki, bu gün ADNSU-da onların yaxşı təhsil alması üçün hər bir şərait var. Sonra universitetin fəaliyyəti, tədris və təhsil prosesində aparılan islahatlarla bağlı tələbələrin təklif və istəkləri dinlənilib, onların sualları cavablandırılıb. Dosent Vazeh Əskərov gənclərə ADNSU-da yaradılan şəraitdən maksimum yararlanmağı, həmçinin peşəkar mütəxəssis kimi formalaşmağı tövsiyə edib və onlarla uğurlar diləyib.