Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) NORM ASC-nin mütəxəssisi tələbələrə “Sement istehsalı prosesi və sement sənayesində müxtəlif mühəndislik sahələrinin rolu” mövzusunda seminar keçib.
İnteraktiv formada keçirilən seminarda NORM ASC-nin Əməliyyatlar üzrə Baş direktoru Özgür Şahan tələbələrə şirkətin fəaliyyəti, beynəlxalq əməkdaşlığı haqqında məlumat verdikdən sonra sementin istehsal prosesi, xammal hazırlığı, üyüdülmə prosesi, həmçinin sementin istifadə olunduğu sahələr və sement istehsalında mühəndislərin rolundan bəhs edən təqdimatla çıxış edib.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.