×

Xəbərlər

Xəbərlər 21 Sep 2017
ADNSU-nun “eazi START” Startap və İnnovasiya Mərkəzi tələbə qəbulu elan edir

Əziz tələbələr!

2-7 оktyabr tarixlərində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “eazi START” Startap və İnnovasiya Mərkəzinin təlimlərinə start veriləcək. Təlimlər İsrailli mentor İqor Peer tərəfindən keçiriləcək. ADNSU ilə yanaşı digər ali məktəblərin bu sahəyə marağı olan  tələbələri də təlimlərə dəvətlidir.

Təlimlərin əsas məqsədi yaradıcı gənclərin öz ideyalarını lahiyələndirib kommersiya məqsədli biznes strukturlarına çevirməkdir. Təlimlərdə iştirak pulsuzdur.

2015-ci ilin sonlarında yaradılmış “eazi START” 2016-cı ilin yanvarında ilk təlimlərə başlamışdır. Startap məktəbinin inkişafında, təlimlərin həyata keçirilməsi, tələbələrlə işlərin aparılmasında tərəfdaş qurumlar olan “Sikorski Çellenc” (Ukrayna) və “BeNextIT” (İsrail) biznes inkubatorları yaxından iştirak etmişlər.

“eazi START” Azərbaycanda startap hərəkatına töhfə vermək, əsasən gənclərin innovativ ideyalarının biznes strukturlara çevrilməsinə dəstək göstərmək məqsədilə fəaliyyət göstərir.

Siz də öz ideyalarınızı reallaşdırmaq, ideyanız olmadığı halda yeni yaranan təşəbbüslərin, layihələrin və komandaların üzvünü çevrilmək istəyirsinizsə, bizə qoşula bilərsiniz.

Aşağıdakı linkdən istifadə etməklə qeydiyyatdan keçə bilərsiniz:

https://docs.google.com/forms/d/18KwH_mLtSyIU-VxiD1F5SIMmVeco5sD_u5coWS2uyfc/viewform?edit_requested=true

Müraciət etmək istəyənlər aşağıda qeyd olunan ünvan və ya telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər:

Elektron ünvan: shebnem.a.memmedli@gmail.com

Əlaqə nömrələri: 012-051-594-64-89; 051-594-64-89


Paylaş