Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Amerikada təhsil və təqaüd proqramları” mövzusunda məlumatlandırıcı görüş keçirilib. ADNSU-nun Beynəlxalq əlaqələr şöbəsinin təşkilatçılığı ilə Amerika Birləşmiş Ştatları (ABŞ) səfirliyinin əməkdaşları-mədəniyyət işləri üzrə məsul şəxs Salman Hacı, Mübadilə proqramları koordinatoru Xanım Teilova tərəfindən tələbələrə Amerikanın təhsil sistemi və müxtəlif təqaüd proqramları haqqında məlumat verilib.
Sonda tələbələrin sualları cavablandırılıb.
Qeyd edək ki, Beynəlxalq əlaqələr şöbəsi ABŞ səfirliyi ilə müəllim mübadiləsi istiqamətində də əməkdaşlıq edir. Elə bu əməkdaşlıqdan irəli gələrək “Fulbright” proqramı çərçivəsində Amerikalı müəllim Tiffany Tillman ADNSU-da tədris aparır.