Dekabrın 11-dən ADNSU-nun Azİİ e-Kitab Evində Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Heydər Əliyev nəşrlərdə” adlı kitab sərgisi təşkil olunub.
Sərgidə Ulu Öndər, dahi rəhbər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş biblioqrafiya, fotoalbom, həmçinin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, eləcə də Azərbaycan dövlətinin müstəqilliyinin bərpa olunmasından, qorunmasından bəhs edən kitablar və digər materiallar yer alıb. Ümumilikdə sərgidə Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi, sosial həyatındakı hadisələri əks etdirən 80-dan çox kitab və digər dövri nəşrlər də nümayiş olunub.