×

Xəbərlər

Xəbərlər 12 Dec 2023
ADNSU beynəlxalq elmimetrik bazalarda daha yuxarı pilləyə yüksəlib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beynəlxalq məlumat bazalarında elmi göstəriciləri yüksələn xətt üzrə dəyişir. Belə ki, ADNSU 2023-cü ildə alimlərinə və onların elmi məqalələrinə olunan istinadlara görə “Scopus” və “Web of Science” verilənlər bazasında Azərbaycanda ali təhsil müəssisələri arasında 3-cü, AMEA-nın instutları ilə birlikdə 5-ci, “Google Scholar” beynəlxalq elmimetrik platformasından isə hər iki istiqamətdə 2-ci pilləyə yüksəlib. 

Müqayisə üçün qeyd edək ki, 2022-ci ildə ADNSU “Scopus”-da 5, “Web of Science”-da 6 və “Scholar”-da 7-ci pillələrdə yer almışdı. ADNSU alimlərinə və onların elmi məqalələrinə istinadların elmimetrik bazalarda son 1 ildə yüksəlişini H-index gösətricilərinə görə də nəzərdən keçirsək görərik ki, “Scopus”-da bu göstərici 37-dən 40-a, “Web of Science”da 34-dən 37-ə və  “Google Scholar”-da isə 42-dən 67-ə yüksəlib. 

Xatırladaq ki, son 1 ildə ADNSU əməkdaşlarının “Scopus” və “Web of Science”-da 350 elmi məqaləsi dərc olunub.


Paylaş