×

Xəbərlər

Xəbərlər 12 Dec 2023
ADNSU-da “Ulu Öndərin gənclər siyasəti modeli” mövzusunda seminar keçirilib

Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Azərbaycanın görkəmli dövlət və siyasi xadimlərindən, diplomatlarından biri olan Həsən Həsənov Gənclər təşkilatlarının rəhbər və nümayəndələrindən ibarət qrupuna “Ulu Öndərin gənclər siyasəti modeli” mövzusunda seminar keçib. 

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov görkəmli diplomat Həsən Həsənovu salamlayaraq Ulu Öndərin 100-cü ildönümünün qeyd olunduğu və Ümummmilli Liderin Anım günü ərəfəsində gənclərlə belə bir görüşün keçirilməsinin xüsusi əhəmiyyətini qeyd edib. Ölkəmizdə uğurlu gənclər siyasətinin əsasının Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulduğunu qeyd edən dosent Vazeh Əskərov gənclərin sağlam, savadlı və əsl vətəndaş kimi formalaşması məsələsinin Ulu Öndərin daim diqqət mərkəzində olduğunu vurğulayıb. 

Dövlət xadimi Həsən Həsənov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyəti haqqında gənclərə ətraflı məlumat verib, Ümummili Liderin Azərbaycanın qurulması və inkişafındakı misilsiz xidmətlərindən, o cümlədən gənclərin inkişafına göstərdiyi diqqətdən danışıb, öz zəngin təcrübəsini onlarla bölüşüb. 

Sonda gənclərin sualları cavablandırılıb.   

Seminarda “Gənclərin Maarifləndirilməsinə Dəstək” İB, “Azərbaycan Gənc müəllim Assosiasiyası” İB, “Avropa Tələbələr Forumu” İB, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İB, “Gənclərin Töhfəsi” İB və digər təşkilatın nümayəndələri iştirak ediblər.


Paylaş