Dekabrın 12 -də Azərbaycan Dövlət Neft və Sənaye Universitetin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov və universitetin bir qrup əməkdaşı Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib.
Dosent Vazeh Əskərov görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini ehtiramla anıb, məzarı üzərinə gül dəstələri qoyub.