×

Xəbərlər

Xəbərlər 14 Dec 2023
Strasburq Universitetinin professoru ADNSU tələbələrinə seminar keçib

Dekabrın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan-Fransız Universitetinin (UFAZ) elmi eksperti və Strasburq Universitetinin kompüter elmləri ixtisası üzrə professoru Pierre Collet tələbələrə “Riyaziyyat, informatika və hesablama” mövzusunda seminar keçib.

ADNSU-nun İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin Kompüter mühəndisliyi ixtisasında təhsil alan tələbələr, doktorant, magistrant və müəllimlərin iştirak etdiyi seminarda professor P.Collet informatika elmi ilə kompüter elmləri arasındakı başlıca fərq və oxşar cəhətlərndən danışıb.  Professor həmçinin, müxtəlif ölkələrdə kompüter elmlərinin adlandırılması və mahiyyətini izah edib, öz təcrübəsini bölüşüb.

Sonra tələbələrin sualları cavablandırılıb.

https://docs.google.com/presentation/d/1pt-nCCNChMP8uwkRemdKr3cyKMWjIAOFMAVW8sjKCIc/edit#slide=id.g2a64e59c70a_0_1012

 


Paylaş