×

Xəbərlər

Xəbərlər 22 Sep 2017
ADNSU-da Energetika fakültəsinin tələbələri ilə görüş keçirilib

Sentyabrın 22-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Energetika fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev, Energetika fakültəsinin dekanı dosent, t.e.n. Zakir Həsənov və tələbələr iştirak edib.

Tələbələri təbrik edən THİK-in sədri N.Gəncəyev komitənin fəaliyyəti haqqında iştirakçılara ətraflı məlumat verib. THİK-in gəncləri bir araya toplayan yeganə qurum olmasından və onların hüquqlarının müdafiəsi istiqamətindəki əhəmiyyətindən danışıb. Tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və universitetin ictimai həyatında fəal iştirak etməsi üçün yaradılan şəraitdən və fəaliyyət göstərən dərnəklərdən danışan N.Gəncəyev “Gənclik” mahnı və rəqs ansamblı, “Maqnat” intellektual klubu, “Şən və Hazırcavablar Klubu”, eləcə də Debat və İdman klubları haqqında məlumat verib. N.Gəncəyev tələbələri universitetin ictimai həyatında fəal iştirak etməyə dəvət edib.

Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

 


Paylaş