×

Xəbərlər

Xəbərlər 15 Dec 2023
Şirkət mütəxəssisləri ADNSU tələbələrinə təlim keçiblər

Dekabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Turan Qazma və Mühəndislik” şirkətinin mütəxəssisləri tərəfindən “Organisational learning barriers to double loop learning” mövzusunda tələbələrə təlim keçirilib.

Təlimdə “Turan Qazma və Mühəndislik” sirkətinin Əməliyyatlar üzrə meneceri Tomislav Klenkar, Təlim və inkişaf qrupunun rəhbəri Yana Rassolko, Təlim və inkişaf qrupunun administratoru Leyla Qocayeva, ADNSU-nun əməkdaşları, o cümlədən tələbələr iştirak ediblər. Tomislav Klenkar “Organisational learning barriers to double loop learning” mövzusunda geniş təqdimatla çıxış edib. Tələbələr tərəfindən maraqla qarşılanan təlim diskussiya ilə davam edib. 

Sonda mütəxəssislər tələbələrin suallarını cavablandırıblar.


Paylaş