Dekabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov “Heydər Əliyev adına təqaüd”ə layiq görülmüş tələbələrlə görüşüb.
Dosent Vazeh Əskərov təqaüdə layiq görülmüş tələbələri təbrik edərək gələcək fəaliyyətlərində uğurlar arzulayıb. ADNSU-nun 6 nəfər tələbəsinin Ulu Öndərin 100 illik yubileyi çərçivəsində təsis olunan belə bir ali təqaüdü qazanmasının gənclərlə yanaşı, universitet üçün də böyük nəticə olduğunu deyən dosent Vazeh Əskərov bütün bunların dövlət başçısı tərəfindən gənclərə və təhsilə göstərilən yüksək qayğının təzahürü olduğunu deyib.
Təqaüdə layiq görülən tələbələr dövlət tərəfindən onlara göstərilən böyük etimadı dorğuldacaqlarını deyib və gələcək planlarından danışıblar.
Qeyd edək ki, “Heydər Əliyev adına təqaüd” Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bakalavriat səviyyəsində əyani formada təhsil alan və təhsildə yüksək nailiyyətləri olan 100 nəfər tələbə üçün təsis edilib. Təqaüd dövlət büdcəsinin vəsaiti hesabına 3000 manat məbləğində birdəfəlik ödənilir. ADNSU-nun 6 nəfər tələbəsi - ƏliyevaLəman, Kazımov Aslan, Əliyev Bayram, Nuruşov Hikmət, Abdiyeva Bənövşə, Məhərrəmova Firuzə “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.