×

Xəbərlər

Xəbərlər 18 Dec 2023
ADNSU-da “Code for future” layihəsi çərçivəsində tələbələrlə görüş keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil şirkəti olan “Alqoritmika” şirkətinin “Code for future” layihəsi çərçivəsində tələbələrlə görüşü keçirilib. Universitetin İT ixtisasları üzrə təhsil alan 3 və 4-cü kurs tələbələrinin iştirak etdiyi tədbirdə fərqli sahələrdə çalışan təcrübəli İT mütəxəssisləri Gülnar Fəqanlı, Tural Əsgər, Emin Məmmədov və Murad Həsənov çıxış ediblər. Gənc mütəxəssislər iş həyatlarında yaşadıqları uğurlu və uğursuz fəaliyyətlərindən, uğurlu layihələrin tərtibatından, həmçinin İT biliklərinin yaratdığı üstünlüklərdən danışıblar. 

Görüş diskussiya ilə davam edib və tələbələri maraqlandıran suallar cavablandırılıb. 


Paylaş