×

Xəbərlər

Xəbərlər 25 Sep 2017
ADNSU-da İqtisadiyyat və Menecment fakültəsinin tələbələri ilə görüş keçirilib

Sentyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadiyyat və Menecment fakültəsinin birinci kurs tələbələri ilə görüş keçirilib. Görüşdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Namiq Gəncəyev iştirak edib.

Tədbiri giriş sözü ilə açan Tərbiyə işləri üzrə prorektor A.Babayev gəncləri tələbə adını qazanmaları münasibətilə təbrik edib, onlara dərslərində uğurlar arzulayıb. Dosent A.Babayev tələbələrin elm öyrənmək, ixtisasa yiyələnməklə yanaşı, həm də bir neçə faktora əməl etməli olduqlarını qeyd edib. Nizam intizam, təlim-tərbiyə qaydalarının da elm qədər əhəmiyyətli olduğunu deyən dosent A.Babayev gəncləri ADNSU-nun nizam-intizam qaydaları ilə tanış edib.

ADNSU-da fəaliyyət göstərən dərnəklər və klublar haqqında ətraflı məlumat verən THİK-in sədri N.Gəncəyev tələbələrin asudə vaxtlarını səmərəli keçirməsi və universitetin ictimai həyatında fəal iştirak etməsi üçün yaradılan şəraitdən və fəaliyyət göstərən dərnəklərdən danışıb. N.Gəncəyev qeyd edib ki, hər bir tələbə universitetdə fəaliyyət göstərən “Gənclik” mahnı və rəqs ansamblına, “Maqnat” intellektual klubuna, “Şən və Hazırcavablar Klubuna”, eləcə də Debat və İdman klublarına üzv ola və orada aktiv iştirak edə bilər.

Tədbirin sonunda tələbələrin sualları cavablandırılıb.


Paylaş