×

Xəbərlər

Xəbərlər 19 Dec 2023
ADNSU tələbələri "Əbədiyaşar məhəbbət" kitabının panel müzakirəsini ediblər

Dekabrın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin Kitab klubunun təşəbbüsü ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Xalq yazıçısı Elmira Axundovanın "Əbədiyaşar məhəbbət" kitabının panel müzakirəsi keçirilib.

Tədbiri giriş sözü ilə açan Tələbə Həmkarlar İttifaqı Komitəsinin Nəzarət-təftiş komissiyasının sədri, ADNSU-nun II kurs tələbəsi Sənan Hüseynov Ümummilli Lider Heydər Əliyevin həyat və faəliyyəti, eləcə də "Əbədiyaşar məhəbbət" kitabı haqqında iştirakçılara ətraflı məlumat verib. O, eyni zamanda Kitab klubu haqqında da iştirakçılara məlumat verib və dəyərli nəşrlərlə bağlı gələcəkdə belə görüşlərin keçiriləcəyini deyib. 

Tədbirdə həmçinin, Heydər Əliyev və Zərifə xanım Əliyevaya həsr olunan "Əsl məhəbbət haqqında" sənədli filmi nümayiş olunub.


Paylaş