Dekabrın 20-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov doktorantlarla görüşüb.
ADNSU-nun Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova və ADNSU-nun Doktorantura şöbəsinin müdiri, dosent Zülfiqar İbrahimlinin də iştirak etdiyi görüşdə dosent Vazeh Əskərov gənc alimlərə elmin insan həyatındakı, cəmiyyətin inkişafındakı rolundan danışıb, öz zəngin təcrübəsini onlarla bölüşüb.
Universitetin hər zaman tələbə və məzunlarına dəstək olacağını deyən dosent Vazeh Əskərov doktorantların təklif və istəklərini dinlədikdən sonra onlara tapşırıq və tövsiyələrini verib və gələcək fəaliyyətlərində uğurlar arzu edib.