×

Xəbərlər

Xəbərlər 29 Dec 2023
İlk dəfə səs verəcək gənclərlə seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının təşkilatçılığı və Mərkəzi Seçki Komissiyasının (MSK) dəstəyi ilə 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Azərbaycan Respublikası Prezident seçkilərində ilk dəfə səs verəcək tələbələr üçün seçki hüququ ilə bağlı maarifləndirici seminar keçirilib. 
Seminarın keçirilməsində əsas məqsəd seçki sistemi, seçicinin hüquq və vəzifələri barədə gənclərin maarifləndirilməsi, ilk dəfə seçici kimi iştirak edəcək tələbələrin məlumatlılıq səviyyəsinin və seçici fəallığının artırılmasıdır.
MSK nümayəndələrinin iştirakı ilə keçirilən görüşlərdə gənclərə seçki gününədək və seçkilər zamanı bilməli olduqları zəruri hüquqi məsələlər çatdırılıb, tələbələri maraqlandıran suallar cavablandırılıb.


Paylaş