×

Xəbərlər

Xəbərlər 30 Dec 2023
ADNSU-da Elmi Şuranın 2023-cü il üçün yekun iclası keçirilib

Dekabrın 30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın 2023-cü il üçün yekun iclası keçirilib. Ənənəvi olaraq ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov əvvəlcə universitetin Tədris şöbəsinin müdiri, doesnt Letifə Məmmədovanı yubiley yaşı münsabiəti ilə Elmi Şura üzvləri adından təbrik edib, ona möhkəm cansağlığı, fəaliyyətində uğurlar arzu edib. Sonra rektor əvəzi, dosent Vazeh Əskərov iclasın gündəliyində olan məsələləri şura üzvlərinə elan edib və gündəlik təsdiq olunub.

Elmi Şuranın iclasında dosent Vazeh Əskərov 2023-cü ildə ADNSU-nun əldə etdiyi yekun göstəricilər və 2024-cü il üçün proqnozlar, konkret hədəflər haqqında ətraflı məlumat verib. Universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, eyni zamanda cari ildə həyata keçirilən qəbul kompaniyasında ADNSU-da hər üc təhsil pilləsində - bakalvr, magistr və doktorantura səviyyəsində nəzərdə tutulan plan yerləri və qəbul göstəricilərinə toxunan dosent Vazeh Əskərov növbəti tədris ilində uğurların daha da dinamik olması üçün atılacaq addımlardan danışıb. Çıxış zamanı universitetin elmi nailiyyətlərindən də bəhs edən dosent Vazeh Əskərov onu da qeyd edib ki, cari ildə ADNSU əməkdaşlarının “Scopus” və “Web of Science” beynəlxalq bazalarında 350 elmi məqaləsi dərc olunub. 2023-cü ildə ADNSU alimlərinə və onların elmi məqalələrinə olunan istinadlara görə “Scopus” və “Web of Science” verilənlər bazasında Azərbaycanda ali təhsil müəssisələri arasında 3-cü, AMEA-nın instutları ilə birlikdə 5-ci, “Google Scholar” beynəlxalq elmimetrik platformasından isə hər iki istiqamətdə 2-ci pilləyə yüksəlib.  ADNSU ilk dəfə olaraq QS Rankinq-də 1200-1400 aralığında yer alıb, məşğulluq göstəricisinə görə dünyada 271-ci, Azərbaycanda I yerdə qərarlaşıb.

Gündəliyə uyğun olaraq ADNSU-nun Tədris işləri üzrə prorektoru, dosent Qasım Məmmədov 2023-2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti,  Elmi işlər üzrə prorektoru, professor Lətafət Qardaşova Doktorant və magistrantların attestasiyalarının nəticələri, Elmi jurnalların nəşri barədə, həmçinin İnzibati təsərrüfat işləri üzrə prorektor, dosent Səyami Hüseynov isə təsərrüfat bölməsinin fəaliyyəti haqqında hesabat məruzəsi ilə çıxış edərək Elmi Şura üzvlərinə ətraflı məlumat veriblər.

İclasda ADNSU-nun “Neft-mexanika” fakültəsinin dekanı, dosent Əli Hikmət Əhmədov fakültənin illik hesabatı, Əcnəbi tələbələrlə iş üzrə dekan Yaşar Həsənov isə Əcnəbi tələbə və doktorantların təhsilinin vəziyyəti barədə hesabat məruzəsi ilə çıxış ediblər. 

Elmi Şuranın iclasında müzakirəyə çıxarılan məsələlərlə bağlı fikir mübadiləsi aparılıb və şura üzvləri tərəfindən yekdil qərarlar qəbul olunub. 

Universitetin bütün əməkdaşlarını, o cümlədən tələbləri Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni ilin gəlişi münasibəti ilə təbrik edən dosent Vazeh Əskərov sonda ADNSU-da təhsil və tədrisin keyfiyyətinin yüksəldilməsi, elmi nailiyyətlərin inkişafı, görüləcək işlər haqqında təklif və göstərişlərini verib.


Paylaş