Azİİ e-Kitab Evinin oxucuları üçün 09.01.2024-cü il tarixindən 09.02.2024-cü il tarixinədək Rusya Federasiyasının “ EBS Znanium” elektron kitabxana sisteminə bir aylıq pulsuz giriş imkanı əldə olunub.
“EBS Znanium” elektron kitabxana sistemi tematik və hədəf xüsusiyyətlərinə görə qruplaşdırılmış kitab, jurnal və məqalələrin elektron versiyalarından ibarət kolleksiyalar yaratmışdır. “ EBS Znanium” elektron formatda minlərlə unikal kitab, jurnallar, yüksək keyfiyyətli məhsullar, təhsil və elmi məlumatların yayılması üçün etibarlı nəşr platformasıdır.
“ EBS Znanium”- elektron kitabxana sistemindən və onun bazasına daxil olan bir çox elm sahələrini (neft,geologiya,məntiq, pedaqogika,riyaziyyat və s.) əhatə edən kitab və jurnallardan faydalanmaq istəyənlər Azİİ e Kitab Evinin səhifəsində və aşağıda verilmiş linkdən istifadə edə bilərlər: https://znanium.ru/