×

Xəbərlər

Xəbərlər 11 Jan 2024
ADNSU-nun “Google”-un əməkdaşı olan məzunu tələbələrlə uğur hekayəsini bölüşüb

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Google” şirkətinin əməkdaşı, ADNSU-nun məzunu Hürü İsmayılzadənin tələbələrlə görüşü keçirilib.

Görüşdə H. İsmayılzadə öz tələbəliyindən iş həyatına gedən yoldakı uğur hekayəsindən danışıb.  O, ilk iş təcrübəsindən başlayaraq “Google” kimi böyük bir şirkətdəki fəaliyyətindən söz açaraq məqsədə nail olmağın heç də asan başa gəlmədiyini, lakin öz üzərində əzmlə işləmək, bilik və bacarıqlarını daim təkmilləşdirməklə məqsədə nail olmağın mümkün olduğunu deyib. H. İsmayılzadə gənclərə həmçinin ilk karyera addımlarını atmaqda faydalı olacaq məsləhətlər verib və uğurlu karyeranın təməl prinsiplərindən danışıb. H. İsmayılzadə uğurlu karyeranın düsturunun özünə inam və çalışqanlıq olduğunu hesab etdiyni bildirib. 

Gənclərin uğurlu karyera qurmaları və şəxsi inkişafları üçün bir çox imkanlar olduğunu deyən H.İsmayılzadə tələbələrə bu fürsətləri dəyərləndirməyi və daim öz üzərlərində işləməklə biliklərini artırmağı tövsiyə edib. 

Görüşdə tələbələrin sualları əsasında müxtəlif mövzularda müzakirələr aparılıb. Tələbələrə faydalı ola biləcək elektron resurslar və kitablar haqqında əlavə məlumat verilib. 

Qeyd edək ki, Hürü İsmayılzadə universitetimizin 2016-cı il məzunudur və “Google” şirkətində Baş reklam məsləhətçisi vəzifəsində çalışır.

 

 


Paylaş