×

Xəbərlər

Xəbərlər 11 Jan 2024
ADNSU-da payız semestrinin imtahan sessiyası davam edir

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2023/2024-cü tədris ilinin payız semestrinin imtahan sessiyası davam edir.

Yazılı, yazılı-şifahi şəkildə yanvarın 10-dək imtahanlarda ümumilikdə 19009 tələbə-imtahan keçirilib. Onlardan 3098 nəfər əla, 2214 nəfər çox yaxşı, 3110 nəfər yaxşı, 3249 nəfər kafi, 5257 nəfər qənaətbəxş, 118 nəfər qeyri-kafi qiymət alıb. 876 tələbə imtahanlarda iştirak etməyib, 87 nəfər isə nizam-intizam qaydalarını pozduqlarına görə imtahanlardan kənarlaşdırılıb.

Qeyd edək ki, bu semestr ümumilikdə 12988 bakalavr, 2835 nəfər isə magistr imtahan verəcək.

Xatırladaq ki, imtahan üçün universitetdə hər bir şərait yaradılıb. Şəffaflığın təmin edilməsi məqsədilə yaradılmış İmtahan Müşahidə Mərkəzi vasitəsi ilə baş verə biləcək köçürmə və digər neqativ halların qarşısının alınmasına ciddi nəzarət olunur.

Yazılı imtahanlardan sonra cavablar kodlaşdırılır və yoxlandıqdan sonra nəticələr elektron universitetdə (Unibook) yerləşdirilir. Qiymətindən narazı qalan tələbələr imtahandan sonra 72 saat ərzində elektron sənəd dövriyyəsi üzərindən appelyasiyaya müraciət edə bilərlər. ADNSU-da cari semestr imtahanlar qiyabi bölmədə dekabrın 22-dən, əyani bölmədə isə dekabrın 29-dan başlayıb. İmtahandan qeyri-kafi qiymət alan tələbələr (yalnız 2 fəndən kəsir imtahanı üzrə) imtahan sessiyası ərzində fənnin kreditinin (tələbənin istəyi ilə) 25% ödənişlə təkrar imtahan verə bilər.

Qeyd edək ki ADNSU-da payız semestrinin imtahan sessiyası 2024-cü il fevralın 2-də başa catacaq.


Paylaş