×

Xəbərlər

Xəbərlər 15 Jan 2024
ADNSU, TWI və UFAZ arasında Anlaşma Memorandumu imzalanıb

Onlayn və oflayn formatda keçirilən görüşdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, Azərbaycan Fransız Universitetinin (UFAZ) İcraçı direktoru vəzifəsini müvəqqəti icra edən Lətifə Nəsibova, “TWI” şirkətinin Qrup direktoru Tat-Hin Qan və şirkətin nümayəndələri ilə əməkdaşlıq imkanları müzakirə edilib. İki müəssisə arasında əməkdaşlıq əlaqələrinin mühəndislik sahəsinə təsir imkanları baxımından əhəmiyyətli olduğu diqqətə çatdırılıb və qeyd olunan məsələlərin hüquqqi əsası kimi tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Dosent Vazeh Əskərov yeni imzalanan sənədin qurumlar arasında əməkdaşlığın gücləndirilməsi baxımından önəmli olduğunu diqqətə çatdırıb. 


Paylaş