Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Əsaslı kitabxanası Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sentyabrın 28-30-da Bakı İdman Sarayında təşkil edəcəyi V Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirak edəcək.
ADNSU-nun Əsaslı kitabxanası Sərgi çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının dəstəyi ilə təşkil olunacaq “Sən də oxu” adlı kitab xeyriyyə aksiyasına qoşularaq kitab və jurnallar hədiyyə edəcək.
Xeyriyyə aksiyasının məqsədi toplanan kitabları və digər materialları Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində yaradılmış yeni kitabxanaya, paytaxt və regionlarda yaşayan, mütaliəni sevən aztəminatlı ailələrə hədiyyə etməkdir.