×

Xəbərlər

Xəbərlər 17 Jan 2024
ADNSU-nun 5 ixtisasının Beynəlxalq akkreditasiya müddəti uzadılıb

Almaniyanın və Avropanın məşhur akkreditasiya təşkilatlarından biri olan Accreditation Agency for Study Programmes in Engineering, Informatics, Natural Sciences and Mathematics (ASIIN) tərəfindən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) beş ixtisası üzrə tədris proqramı Avropa standartlarına uyğun sayılaraq növbəti üç il müddətinə akkreditasiya olunub. Belə ki, ASIIN Beynəlxalq Akkreditasiya və Sertifikatlaşma Agentliyinin qəbul etdiyi qərara əsasən, ADNSU-nun Mexatronika və robototexnika mühəndisliyi (bakalavr üzrə), Neft-Qaz mühəndisliyi (bakalavr üzrə), Geologiya mühəndisliyi (bakalvr üzrə), Kimya mühəndisliyi (bakalvr üzrə), Kimya mühəndisliyi (magistratura üzrə) ixtisaslarının beynəlxalq akkreditasiyadan keçməsi 24 iyun 2022 – 30 sentyabr 2027 tarixləri ərzində rəsmi olaraq etibarlı hesab edilir.  Ümumilikdə ADNSU-da 18 ixtisas Beynəlxalq akkreditasiyadan keçib. Hazırda dünyada ən çox yayılmış institusional və proqram akkreditasiyasıdır ki, təhsildə geniş tətbiq olunur və bir sıra üstünlükləri var. Belə ki, akkreditasiya müvafiq ixtisas üzrə tədris planının beynəlxalq olmasına, Bolonya sisteminin tələblərinə uyğun olaraq tələbələrin tədris müddətində təhsillərini digər universitetlərdə asanlıqla davam etdirə bilmələrinə, mobilliyə və diplomlarının dünyada tanınmasına, eləcə də universitetin beynəlxalq nüfuzunun artmasına şərait yaradır.


Paylaş