×

Xəbərlər

Xəbərlər 19 Jan 2024
ADNSU-da 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib

Yanvarın 19-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş “dəyirmi masa” keçirilib.

ADNSU-nun professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə keçirilən “dəyirmi masa”da şəhidlərimizin əziz xatirəsi yad edilib.

Sonra ADNSU-nun "Humanitar fənlər" kafedrasının müdiri, professor Camal Mustafayev və kafedranın professoru İrədə Nuriyeva və dosent Yaşar Əhmədov 20 Yanvar həqiqətlərindən, tarixindən danışıblar. Çıxışlar zamanı günahsız insanlara qarşı törədilmiş terror, Azərbaycana qarşı yürüdülən çirkin siyasət və onun nəticələri, o çətin dövrdə Ümummilli Lider Heydər Əliyevin haqq səsimizi dünyaya çatdırması yolunda göstərdiyi cəsarətdən bəhs edilib. 20 Yanvarın təkcə hüzn günü deyil, həm də Milli birliyin başlanığıc tarixi oldugu diqqətə çatdırılıb.


Paylaş