×

Xəbərlər

Xəbərlər 25 Jan 2024
Azİİ-nin şəhid məzununun xatirə günü keçirilib

Sumqayıt Tarix Muzeyində Birici Qarabağ müharibəsinin şəhidi, o zaman Azİİ-nin (ADNSU) tələbəsi olan Kərimov Ceyhun Allahverdi oğlunun xatirə günü keçirilib. 

Şəhdin yaxınlarının və ictimaiyyət numayəndələrinin iştirak etdiyi tədbirə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin əməkdaşları – professor Sevinc Məmmədxanova və dosent Ata Babayev də iştirak edib. 

Tədbirdə çıxış edənlər şəhidimizin döyüş yolundan, vətənpərvərliyindən danışıblar və onun haqqında xoş xatirələrini bölüşüblər. Qeyd olunub ki, Azİİ-nin Kimya-texnologiya fakültəsində təhsil alan Kərimov Ceyhun 90-cı illərin əvvəllərin Vətənin başı üstünü qara buludlar alanda təhsilini yarımçıq qoyaraq könüllü döyüş bölgəsinə yollanıb. Ağdam-Füzuli istiqamətində bir necə ağır döyüşdə fəal iştirak edib və qəhrəmancasına şəhid olub. 

Tədbirdə şəhidimiz haqqında video-süjet nümayiş olunub və gənclərin vətənpərvərlik mövzusunda şerləri dinlənilib.


Paylaş