Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Azİİ e-Kitab Evində Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, XX əsrin əvvəllərində Azərbaycanda milli dövlətçilik quruculuğu prosesində yaxından iştirak edən, dövlət və ictimai-siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin 140 illik yubileyinə həsr olunmuş “Məhəmməd Əmin Rəsulzadə - 140” adlı kitab sərgisi təşkil edilib.
Sərgidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında Sərəncamını əks etdirən dövri mətbuat nümunələri, eləcə də M.Ə.Rəsulzadənin Azərbaycanda müstəqillik idealının gerçəkləşdirilməsi və milli dövlət quruluşunun dirçəldilməsi yolundan, uzun illər ərzində mühacirətdə yaşayarkən müstəqil Azərbaycan arzusu ilə mübarizə aparmasından, həyat və yaradıcılığından bəhs edən kitablardan ibarət 40 sayda eksponat yer alıb.
Sərgi yanvarın 26-dan 31-dək davam edəcək.