Yanvarın 26-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Neft-qaz mühəndisliyi üzrə təhsil alan SABAH qruplarının 4-cü kurs tələbəsi Fidan İbrahimova tərəfindən tələbələr üçün məlumat sessiyası keçirib. ABŞ-da təcrübə keçən F.İbrahimova "Work and Travel USA" proqramı haqqında tələbələrə ətraflı məlumat verib. O, proqramın tələbləri, seçim prosesi və müraciət qaydaları haqqında tələbələrin suallarını cavablandırıb, öz təcrübəsini onlarla bölüşüb.