Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Ümumi və tətbiqi riyaziyyat kafedrası tərəfindən nəşr olunan "Baku Mathematical Journal" jurnalı (https://www.bakumathj.org/index.php) zbMATH Open bazasına (https://zbmath.org) indeksləşdirilməsi üçün qəbul olunub (https://zbmath.org/serials/?q=2790-8410). 2022-ci ilin mart ayından nəşr olunan "Baku Mathematical Journal" jurnalı qısa zamanda elmmetrik bazalar tərəfindən yüksək qiymətləndirilib və burada dərc olunan müəlliflər universitet alimləridir.
Qeyd edək ki, zbMATH Open bazası Riyaziyyat sahəsi üzrə 4 ən nüfuzlu elmmetrik bazalardan biridir və riyazi tədqiqatların hərtərəfli əhatə dairəsini təmin edən açıq, sərbəst verilənlər bazasıdır. Fiztech Karlsruhe və Avropa Riyaziyyat Cəmiyyəti (EMS) tərəfindən hazırlanan zbMATH Open məqalələr, icmallar və biblioqrafik məlumatlar daxil olmaqla tədqiqatçılar, alimlər və geniş riyazi bilik sahəsini öyrənmək istəyən hər kəs üçün dəyərli qaynaq rolunu oynayır. Geniş məzmunu ilə zbMATH Open riyazi tədqiqatların dünyada yayılmasına və kəşfində ciddi rol oynayır.
Onu da xatırladaq ki, son 3 ildə beynəlxalq bazalarda ADNSU üzrə dərc olunan məqalələrin sayı 100% artaraq 2020-ci ildə 193 istinad olduğu təqdirdə, 2023-cü ildə bu göstərici 383-ə yüksəlib. Eyni zamanda ADNSU alimlərinin elmi məqalələrinə istinad 2020-ci ildə 1033 olubsa, 2023-cü ildə bu göstərici 1931 istinad təşkil edib. 2020-2023-cü illər ərzində “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunan elmi işlərin təhlilinə əsasən isə ADNSU ölkə universitetləri üzrə ikinci yerdədir.