Fevralın 8-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov, “Qazprom” Şirkətin Azərbaycandakı rəsmi nümayəndəsi Maqsud Andercanov, şirkətin Azərbaycan nümayəndliyinin baş eksperti Rəşid Abbasov və Sankt-Peterburq Dövlət İqtisad Universitetinin dosenti Stanislav Babiç ilə görüşüb.
Qonaqları universitetdə salamladıqdan sonra dosent Vazeh Əskərov universitetin tarixi, tədris prosesi, ixtisaslar, beynəlxalq əlaqələri, həmçinin ikili diplom proqrmları haqqında ətraflı məlumat verib.
ADNSU-nun xarici universitetlərlə, xüsusilə də Rusiyanın ali təhsil müəssisələri və beynəlxalq neft-qaz təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri olduğunu diqqətə çatdıran dosent Vazeh Əskərov Sankt-Peterburq Dövlət İqtisad Universiteti və “Qazprom” Şirkəti ilə də aktiv əməkdaşlığa və bu istiqamətdə səmərəli təkliflərə hazır olduğunu bildirib.
Azərbaycanda, o cümlədən ADNSU-da xoş qarşılanmağa və qonaqpərvərliyə görə təşəkkürünü bildirən Sankt-Peterburq Dövlət İqtisad Universitetinin dosenti Stanislav Babiç bir çox sahələrdə, o cümlədən də iqtiqasiyyat və alternativ enerji üzrə ADNSU ilə akademik səviyyədə əməkdaşlığın qurulmasında maraqlı olduqlarını bildirib. Səmimi fikir mübadiləsi şəraitində keçən görüşdə tərəflər arasında perspektiv əlaqələrin qurulması və inkişafı haqqında konkret hədəflərdən bəhs edilib.
Sonda qonaqlara hədiyyələr təqdim edilib.