×

Xəbərlər

Xəbərlər 14 Feb 2024
ADNSU-da “Enerjinet” və “Tavrida Elektrik” şirkətinin rəhbərləri ilə görüş keçirilib

Fevralın 13-də Azərbaycan Dövlət Neft və Sənaye Unuversiteti (ADNSU) ilə Rusiya Federasiyasının “Enerjinet” şirkətinin işçi qrupu və Mərkəzi Asiya və Azərbaycan regionları üzrə “Tavrida Elektrik” şirkəti arasında görüş keçirilib.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov qonaqları salamlayaraq onlara universitetin tədris və elmi nailiyyətləri, fakültələr, ixtisaslar və hədəflər haqqında məlumat verib. Sonra Rusiya Federasiyasının “Enerjinet” şirkətinin işçi qrupunun rəhbəri Qrinko Oleq Viktoroviç və Mərkəzi Asiya və Azərbaycan regionları üzrə “Tavrida Elektrik” şirkətinin direktoru Bəhruz Maxarov çıxış edərək təmsil etdiyi şirkətlərin fəaliyyəti haqqında məlumat verdikdən sonra ADNSU-nun Energetika fakültəsində laboratoriya qurmaqla bağlı təklif və planlarından danışıblar.

Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyevin təşkilatçılığı ilə keçirilən görüşün əsas məqsədi elmi təqdiqat işlərinin və tədrisin keyfiyyətinin artırılması üçün qabaqcıl tədris proqramları və texnologiyaları əsasında rəqəmsal paylayıcı elektrik şəbəkələrinin işlənməsi, layihələndirilməsi, rejimlərinin modelləşdirilməsi və analizi, elektrik avadanlıqlarının diaqnostikası, elektrik sisteminin dayanıqlığının öyrənilməsi və elektrik sisteminin rejiminin optimallaşdırılması məsələlərinin həlli istiqamətində elmi təqdiqat-tədris laboratoriyasının qurulmasıdır.

Görüşdə qeyd olunan istiqamətdə təşkilati işlərin yaxın vaxtlarda görülməsi və cari ilin sentyabr ayından laboratoriyanın qurulmasına birgə başlanması haqqında razılıq əldə olunub. Həmçinin, gələcəkdə bərpa olunan enerji texnologiyaları, paylanmış enerji şəbəkələri, hidrogen enerjisi və enerjinin saxlanması istiqamətində də işlərin görülməsi planlaşdırılıb.


Paylaş