×

Xəbərlər

Xəbərlər 14 Feb 2024
ADNSU-da Mülki Müdafiə hazırlığı ilə bağlı xəbərdarlıq, toplanış məşqi keçirilib

Fevralın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) universitetin Mülki Müdafiə qərargahının təşkilatçılığı ilə xəbərdarlıq, toplanış məşqi keçirilib. 

İllik tədbirlər planına uyğun olaraq keçirilən xəbərdarlıq, toplanış məşqində ADNSU-nun Mülki Müdafiə qərargahının rəisi Elşən Məmmədov çıxış edərək mülkü müdafiənin həyat üçün əhəmiyyətindən, fövqəladə hallar zamanı düzgün qərarlar verməyin vacibliyindən danışıb və toplanış məşqi haqqında iştirakçılara məlumat verib. 

Universitetin əməkdaşlarının iştirakı ilə keçirilən toplantının əsas məqsədi ADNSU-da MM rəhbərliyinə, hərbiləşdirilməmiş MM dəstələrinin komandirlərinə, rəislərə fövqəladə hadisənin nəticələrinin aradan qaldırılmasının, həmçinin universitetdə fövqəladə hallar üzrə komissiyanın və MM qərargahının birgə fəaliyyətinin qiymətləndirilməsi olub.


Paylaş