Azərbaycan Dövlət Neft Sənaye Universitetinin Azİİ e-Kitab Evində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kitab sərgisi təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamına əsasən 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar olaraq keçirilən sərgidə ADNSU-nun professor-müəllim heyəti və eləcə də Azİİ e-Kitab Evinin fonduna digər şəxslərdən və təşkilatlar tərəfindən daxil olmuş “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmiş sosial-iqtisadi inkişafa dair, həmçinin ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi ilə bağlı nəşrlər yayımlanıb. Sərgidə həmçinin, təmizləmə qurğularının quraşdırılmasına, neft və qaz hasilatı idarələrinin istismar etdikləri mədən ərazilərində neftlə çirklənmiş torpaqların təmizlənməsinə və yaşıllaşdırılmasına, çirklənmiş ərazilərin bərpasına, quru ərazilərdə torpaqların münbitləşdirilərək yaşıllaşdırılması, Xəzər dənizin sahillərinin, sularının, canlı aləminin mühafizəsi, iqlim dəyişikliklərinin zərərli təsirlərinin azaldılmasından bəhs edən kitablar, jurnallar və mətbuat nümunələri yer alıb.
Sərgidə ümumilikdə 75-dən çox material nümayiş olunub.