Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Biznesin İdarə Olunması fakültəsinin Sənaye Mühəndisliyi ixtisası üzrə IV kurs tələbəsi Nurcan Nağızadə PAŞA Bank tərəfindən həyata keçirilən “ZirvədəSən” Təcrübə Proqramına qəbul olunub.
Bu il proqrama 11,824 nəfər müraciət edib və onlardan yalnız 56 nəfər seçim mərhələsindən uğurla keçib. Seçilənlər arasında yer alan Nurcan 3 ay davam edəcək proqram çərçivəsində Biznes Proseslərinin İdarəedilməsi şöbəsinin Metodologiya və Modelləşdirmə komandasında təcrübə keçəcək. Təcrübə dövründə iştirakçılar aylıq təqaüdlə təmin olunacaqlar.
Qeyd edək ki, Nurcan Nağızadə bundan öncə də fərqlənmişdi: o, 2024-cü ilin dekabr ayında keçirilən “Yüksəliş” Tələbə Mentorluq Proqramına da qəbul olunaraq inkişaf yönümlü təşəbbüslərdə aktiv iştirak imkanı əldə etmişdi.