Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) tələbələri - SEG (Society of Exploration Geophysicists) Tələbə Cəmiyyətinin üzvləri – Nuray Abbasova, Fərid Əsədli, Məryəm İsayeva, Mədinə Cəfərzadə və Kamilə Rəhimova beynəlxalq miqyasda nüfuzlu təşkilatlardan olan SEG tərəfindən İsveçdə keçiriləcək sahə təcrübəsində iştirak etmək hüququ qazanıblar.
Təcrübə proqramı çərçivəsində tələbələr sürüşmə riski yüksək olan gil sahələrinin geofiziki üsullarla tədqiqini aparacaq, torpaq dinamikası və sürüşmə proseslərini təhlil edəcəklər. Bu proqram tələbələrə həm nəzəri biliklərini praktiki bacarıqlarla birləşdirmək, həm də beynəlxalq səviyyəli mühəndislik metodları ilə tanış olmaq imkanı yaradacaq.