×

Xəbərlər

Xəbərlər 17 Jun 2025
ADNSU-da “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar keçirilib

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) elmi fəaliyyətin inkişafı və beynəlxalq təcrübənin paylaşılması məqsədilə “Materialşünaslıq elmi və texnologiyası” mövzusunda seminar təşkil olunub.

Tədbirdə universitetin müvafiq kafedra və dekanlıqlarının əməkdaşları, elmi işçilər və doktorantlar iştirak ediblər. Seminarda materialşünas mütəxəssis Oksana Ostrovskaya təqdimatla çıxış edib.

O, təqdimatında müasir materialların – xüsusilə yüksək temperaturlu və nanokompozit materialların inkişaf istiqamətləri, onların sənayedə tətbiq sahələri, eləcə də innovativ texnologiyalar və metodlar vasitəsilə yeni kompozitlərin hazırlanması barədə ətraflı məlumat verib.

Sonda Oksana Ostrovskaya iştirakçıların suallarını cavablandırıb, onların elmi maraqlarına uyğun əlavə izahlar təqdim edib və gələcək əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.


Paylaş