×

Xəbərlər

Xəbərlər 16 Feb 2024
ADNSU-da tələbələr üçün "Daha kreativ ol" adlı seminar keçirilib

Fevralın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Whelp və Olpay şirkətlərinin qurucusu və həmtəsisçisi Seymur Rəsulovun "Daha kreativ ol" adlı seminarı keçirilib. 

Seminarda universitetin tələbə və müəllim heyyəti iştirak edib. Seminar çərçivəsində müasir dövrün ən vacib bacarıqlarından biri olan "Yaradıcılıq" bacarığının inkişaf etdirilməsi və digər bu kimi mövzularla bağlı dinləmələr olub. Peşəkar karyera istiqamətində təşkil olunmuş seminarda tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Yekunda S.Rəsulovoxunması tövsiyyə olunan kitab və məqalələrdən bəhs edib, öz təcrübəsini gənclərə bölüşüb.


Paylaş